azturkxeber.az
http://azturkxeber.az

Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

29-04-2026

Aqrar Xidmətlər Agentliyi və Xəzər Universiteti arasında strateji əməkdaşlığın təməli qoyulur. Bu çərçivədə tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə geniş tərkibli görüş keçirilib.

Görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, sədr müavini Elməddin Namazov, Agentliyin nümayəndələri, Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, universitetin rektoru Razia İsaeva və digər rəhbər heyət üzvləri iştirak ediblər.

Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, professor Hamlet İsaxanlı çıxışında əsas məqsədin tərəflər arasında elmi-tədqiqat, tədris, baytarlıq praktikası və peşəkar kadr hazırlığı sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də institusional tərəfdaşlığın formalaşdırılması olduğunu vurğulayıb.

Agentliyin sədri Sərdar Hacıyev çıxışında qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, AXA ölkədə aqrar sektorun inkişafında mühüm rol oynayır. Bildirilib ki, Agentlik heyvan və bitki sağlamlığının qorunması, aqrar bilik və bacarıqların artırılması, toxumçuluq, eləcə də kənd təsərrüfatı texnikasına dövlət nəzarəti istiqamətləri üzrə fəaliyyət göstərir.

Görüş çərçivəsində tərəflərin təqdimatları keçirilib, aqrar sahədə, xüsusilə baytarlıq istiqamətində mövcud çağırışlar və əməkdaşlığa dair inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum aqrar sahədə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tələbələrin praktiki biliklərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi və baytarlıq sahəsində innovativ yanaşmaların tətbiqini əhatə edir. Tədbirin davamı olaraq universitetin Hasvet Baytarlıq Təbabəti fakültəsinin fəaliyyəti ilə tanışlıq olub, tələbələrlə görüş keçirilib və qarşılıqlı müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930