Pekin Kimya Texnologiya Universiteti ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları genişləndirilir
Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.
Görüş çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.
Eyni zamanda, BMU-da PKTU ilə birgə yeni yaradılmış PKTU–BMU Mühəndislik fakültəsinin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: