Slovakiya Ombudsmanı ADA Universitetində tələbələrlə görüş keçirib




Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski ADA Universitetində tələbələrlə görüş keçirib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş zamanı R.Dobrovodski insan hüquq və azadlıqlarının müdafiəsi, Avropa təcrübəsi və beynəlxalq mexanizmlər barədə geniş təqdimatla çıxış edib.
Slovakiya Ombudsmanı, həmçinin mövzu üzrə tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: