azturkxeber.az
http://azturkxeber.az

Yanvar–mart aylarında dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib

07-04-2026

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Azturkxeber.az-ın məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib.

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat məbləğində icra edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930