azturkxeber.az
http://azturkxeber.az

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

07-04-2026

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

2026-cı ilin birinci rübündə dövlət qurumlarının informasiya sistemlərində 1 milyon 48 min 869 kibertəhdid aşkarlanaraq zərərsizləşdirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib ki, aparılan monitorinqlər nəticəsində 274 kiberhücum göstəricisi (IOC) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Onlardan 213-ü daxili araşdırmalar, 61-i isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

“Həmçinin dövlət elektron poçt xidmətində emal edilən 4,6 milyondan çox məktubdan 1,4 milyona yaxını zərərli olduğu üçün bloklanıb. Bundan əlavə, dövlət qurumlarının veb-saytlarında 194 audit və nüfuzetmə testi aparılıb, təhlükəsizlik boşluqları ilə bağlı 34 analitik hesabat hazırlanıb”, - deyə qurumun yaydığı məlumatda vurğulanır.

XRİTDX qeyd edir ki, görülən kompleks tədbirlər ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə və rəqəmsal dayanıqlığın artırılmasına xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930