azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatında Qazaxıstanın bir qrup dövlət qulluqçusu ilə görüş keçirilib

07-04-2026

Ombudsman Aparatında Qazaxıstanın bir qrup dövlət qulluqçusu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan təlim-təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Ombudsman Aparatının şöbə müdirləri Aynur Həmidova və Lamiyə Zeynalova, sektor müdirləri Raidə Əmirbəyova və Aytən Tarverdiyeva Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə qonaqlara ətraflı məlumat veriblər.

İştirakçılar Müvəkkilin Milli Preventiv Mexanizm mandatı, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək hüququnun təmini istiqamətində görülən işlər, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətlərində həyata keçirdiyi müstəqil monitorinq mexanizminin funksiyaları barədə məlumatlandırılıb.

Daha sonra Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququnun təmini ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub, eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930