azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda şadlıq evində mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb

07-04-2026

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhərinin Füzuli küçəsində Əli Hacıağa oğlu Ağayevə məxsus “Ağ saray” şadlıq evində yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Şadlıq sarayında qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930