azturkxeber.az
http://azturkxeber.az

Biləsuvarda marketdə saxta spirtli içkilər aşkarlanıb

11-08-2025

Biləsuvarda marketdə saxta spirtli içkilər aşkarlanıb

Daxil olan müraciət əsasında Biləsuvar rayonunun Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus “Turabov” marketdə plandankənar yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə 5 ədəd 250 millilitrlik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin 3 ədəd 1 litrlik və 2 ədəd 0,5 litrlik “Belaya organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində qeyd edilən VÖEN-in müəyyən edilməməsi faktı aşkarlanıb.

Eyni zamanda, 2 ədəd 2 litrlik “Vip BAKU organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların yazılmadığı məlum olub.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031