azturkxeber.az
http://azturkxeber.az

Bakı Limanında səpkili yük daşınmasında rekord artım olub

07-04-2026

Bakı Limanında səpkili yük daşınmasında rekord artım olub

Bu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanı tərəfindən 423 124 ton səpkili yük (karbamid və kükürd) aşırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 46 faiz artım deməkdir.

ADY-dən Azturkxeber.az-a bildirilib ki, cari ilin mart ayında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin mart ayı ilə müqayisədə 94 faiz çox olmaqla yanaşı, səpkili yüklər üzrə aylıq rekord göstərici kimi qeydə alınıb.

Bundan əlavə, mart ayında Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşması həyata keçirilib ki, bu da limanın fəaliyyət tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930