azturkxeber.az
http://azturkxeber.az

Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

03-04-2026

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin 10-cu ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirlərdə hərbi qulluqçular, Aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanları ziyarət edilərək məzarları önünə gül dəstələri düzülüb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, həmçinin hərbi qulluqçularımızın döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin - Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror tədbirlərinin, bütövlükdə şanlı Zəfərimizin başlanğıcı kimi qiymətləndirilir.

Tədbirlərin bədii hissəsində sənədli filmlər nümayiş olunub, şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-musiqili kompozisiyalar təqdim edilib, döyüş iştirakçıları xatirələrini bölüşüblər.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, silahdaşlarının xatirələrinə ehtiramlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930