Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə aprelin 4 və 5-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən Azturkxeber.az-a bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: