azturkxeber.az
http://azturkxeber.az

Dövlətə qarşı böhtan kampaniyalarına cəmiyyətin qəti mövqeyi

19-03-2026

Son dövrlər xaricdə yaşayan vətən xainləri olan "blogerlərin" Prezidentimizə və ailə üzvlərinə qarşı böhtan və şantaj xarakterli çıxışları xarici xüsusu xidmət orqanları tərəfindən əvvəlcədən hazırlanmış bir ssenaridir. Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində şantaj edən şəxslərdən biri həbs olundu və xaricdə yaşayan digər iştirakçılar da aşkarlandı. Düşünürəm ki, əxlaqdan, mənəviyyatdan uzaq bu cür cıxışlar Prezidentimizin müstəqil, qətiyyətli siyasət yürütməsinə qarşı yönəlmişdir. Digər tərəfdən bir xanıma qarşı bu cür şantaj, böhtan xarakterli sərsəm fikirlər söyləyənlər milli mənəviyyatdan uzaq, ailə tərbiyəsi görməyən məxluqlardır. Sosial şəbəkələrdə bu cür çıxışlar dövlətimizə qarşı mənəvi terror kimi qiymətləndirilməlidir. Sözsüz ki, bu əməlləri törədənlər qanun qarşısında layiqli cavablarını alacaqlar. Azərbaycanın dövlət başçısına və ailə üzvlərinə qarşı yönəlmiş bu cür böhtan və şantaj materialları cəmiyyətimizdə dövlətə qarşı hər hansı mənfi fikir yarada bilməz. Bu gün hər bir azərbaycanlı Vətəninə, dövlətinə və Prezidentinə sadiqdir. Xalqımız ölkə başçımızın və ailə üzvlərinin milli mənəvi dəyərlərimizə və adət ənənələrimizə göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031