azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

19-03-2026

«Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı İskəndərov Nəriman Vaqif oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə İskəndərov Nəriman Vaqif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Nəriman İskəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031