azturkxeber.az
http://azturkxeber.az

Agentlik ISO 9001:2015 beynəlxalq standartı üzrə sertifikata layiq görülüb

19-03-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım ataraq Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” standartı üzrə sertifikat əldə edib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Məşğulluq Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sertifikat Agentlikdə idarəetmə proseslərinin beynəlxalq standartlara uyğun qurulduğunu və xidmət keyfiyyətinin artırılması istiqamətində sistemli yanaşmanın tətbiq olunduğunu təsdiq edir.

Sertifikatın təqdimat mərasimində Agentliyin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov bildirib ki, keyfiyyət idarəetmə sisteminin tətbiqi proseslərin optimallaşdırılması, xidmətlərin daha çevik və əlçatan təqdim olunması baxımından mühüm rol oynayır.

Sertifikatın alınması prosesində konsaltinq xidməti göstərən “Caucasus Consulting Group of Companies” MMC-nin nümayəndələri Agentliyin son illərdə apardığı institusional islahatları yüksək qiymətləndiriblər. Daha sonra şirkətin direktoru Nigar Atabəyli ISO 9001:2015 sertifikatını Eşqin Bayramova təqdim edib.

Qeyd edək ki, daha əvvəl Agentlik ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata da layiq görülüb. Bu sertifikat Agentliyin antikorrupsiya siyasətinə və fəaliyyətində şəffaflığın təmin edilməsinə verdiyi önəmi təsdiq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031