azturkxeber.az
http://azturkxeber.az

Yeniyetmənin sükan arxasına keçməsi dostunun həyatı bahasına başa gəldi

18-03-2026

Ağdam rayon sakini 17 yaşlı yeniyetmə hüquqsuz idarə etdiyi həmkəndlisinə məxsus “KİA” markalı avtomobillə Quzanlı-Əfətli yolunda hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Azturkxeber.az xəbər verir ki, yüksək sürət olduğu ehtimal edilən qazada nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü və sərnişini – 18 yaşlı Çəmənli kənd sakini Cavid Musayev isə xəstəxanaya çatdırılıb. Görülən tədbirlərə baxmayaraq Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.

İki gəncin həyatını dəyişən sözügedən hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən şəxslərin, xüsusilə uşaq və yeniyetmələrin avtomobilin sükanı arxasına keçməsi böyük risk və bəzən də bərpası mümkün olmayan itki deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, xüsusilə valideynləri, azyaşlılara örnək olan böyükləri gələcəyimizi təhlükədən birgə qorumağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031