azturkxeber.az
http://azturkxeber.az

“TikTok”la narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlanıb

18-03-2026

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Azturkxeber.az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

V.Quliyev ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031