azturkxeber.az
http://azturkxeber.az

Tayland təqaüdləri proqramı 2026–2027: Əcnəbi tələbələr üçün təhsil imkanı

18-03-2026

Tayland Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tayland Təqaüdləri Proqramı elan olunub.

Azturkxeber.az-ın məlumatına görə, proqram çərçivəsində Taylandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur.

Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir.

Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://shorturl.at/67YC0

Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizədlər müraciətlərini birbaşa müvafiq Tayland ali təhsil müəssisələrinə təqdim etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031