İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib

Martın 17-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Azturkxeber.az-ın məlumatına görə, Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib.
Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.
Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: