azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir

18-03-2026

Azərbaycan Turizm Bürosu (ATB) 18-19 mart tarixlərində Çinin xüsusi inzibati ərazisi olan Honq Konq şəhərində keçirilən “Connect Marketplace Hong Kong” 2026 (CMHK) tədbirində ölkənin biznes turizmi potensialını ilk dəfə təqdim edir.

Azturkxeber.az xəbər verir ki, ATB tədbirdə yerli turizm sənayesi tərəfdaşları, Bakı Konqres Mərkəzi və “MICE & Travel” şirkəti ilə birlikdə Azərbaycanı təmsil edir.

Platforma çərçivəsində Azərbaycanın işgüzar turizm sahəsində artan potensialı, eləcə də beynəlxalq konfranslar və irimiqyaslı tədbirlərin təşkili üçün mövcud infrastruktur və imkanlar beynəlxalq iştirakçılara təqdim olunur.

“Connect Marketplace Hong Kong” (CMHK) Asiya regionunda işgüzar tədbirlər sənayesi üzrə aparıcı B2B platformalardan biri hesab olunur və qlobal alıcılar ilə təchizatçıları bir araya gətirərək yeni tərəfdaşlıqların qurulmasını təşviq edir.

Tədbir iştirakçılara əsas qərarverici şəxslərlə birbaşa əlaqə qurmaq, Asiya bazarında mövqelərini genişləndirmək və biznes əlaqələrini inkişaf etdirmək üçün əlverişli imkan yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031