azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət” BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Dövlət xidmətlərinin göstərilməsi və insan hüquqları: insan hüquqları və dayanıqlı inkişaf üçün davamlı və inklüziv dövlət xidmətlərinin göstərilməsinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbir Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində BMT-nin Cevevrədə yerləşən müxtəlif bölmələrinin nümayəndələri, BMT-nin Cenevrədəki bölməsində akkreditə olunmuş Daimi Nümayəndəliklərin rəsmiləri və beynəlxalq ekspertlər də iştirak ediblər.

Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov 2018-ci və 2023-cü illərdə BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyaları çərçivəsində ölkəmizin təşəbbüsü ilə “Şəffaf, hesabatlı və səmərəli dövlət xidmətlərinin göstərilməsi vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” mövzusunda qəbul olunmuş qətnamələrin əhəmiyyətini, habelə, bu sahədə əldə edilmiş nailiyyətləri vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzlərində göstərilən şəffaf, effektiv və əlçatan xidmətlərin insan hüquqlarının realizəsi baxımından əhəmiyyətinə toxunub. O, “ASAN xidmət” modelinin müxtəlif istiqamətlər üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına mühüm töhfələr verdiyini vurğulayıb. Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin beynəlxalq səviyyədə tanınan intellektual brendi olan “ASAN xidmət” modelinin ixracı istiqamətində hazırda 30-dan çox ölkə və beynəlxalq təşkilat ilə əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

Həmçinin “ASAN xidmət” mərkəzlərində tətbiq olunan innovativ həllər, Səyyar “ASAN xidmət”, ASAN könüllülük proqramı, “ASAN viza”, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə təqdimat edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031