azturkxeber.az
http://azturkxeber.az

17 illik həsrətə son qoyuldu! Azərbaycanda nadir uğur hekayəsi

18-03-2026

Xarici ölkələrdə nəticəsiz qalan müalicələrdən sonra 17 il övlad həsrəti çəkən pasiyent Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ana olmaq sevincini yaşadı.

Azturkxeber.az-ın məlumatına görə, İnstitutun Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri, dos. Dr. Xəyalə Təhməzinin peşəkar ginekoloji yanaşması sayəsində hamiləlik əldə olundu. 27-ci həftədə 1290 qram çəki ilə dünyaya gələn kiçik Aynur Bağırova 40 günlük intensiv neonatal müalicədən sonra sağlamlığına qovuşaraq ailəsinə təhvil verilib.

Bu, yalnız tibbi uğur deyil, ümidin, səbrin və Azərbaycan tibbinin qələbəsidir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031