azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Goranboyda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

17-03-2026

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azturkxeber.az xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy rayonu və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri subsidiya ödənişləri, suvarma suyu ilə təmin olunma, pivot suvarma üçün elektrik xəttinin çəkilməsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini Seymur Səfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Nazir müavini qəbuldan sonra Goranboy DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra nazir müavini Seymur Səfərli rayonun Veyisli kəndində yerləşən “Murov Agro” MMC heyvandarlıq təsərrüfatı və fermer Vüqar İbrahimova məxsus əkin sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb.

Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yem təminatı, innovativ yemləmənin əhəmiyyəti, əkin sahələrində müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031