azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan “ProWein” sərgisində iştirak edir

17-03-2026


Azərbaycan məhsulları Düsseldorfda keçirilən 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azturkxeber.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində “ProWein 2026” – 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 11 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Stenddə müxtəlif növ şərab və digər


spirtli içki məhsulları nümayiş olunur, dequstasiyalar keçirilir. Azərbaycan məhsulları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Həmçinin sahibkarlar arasında ixraca dair müzakirələr aparılır.

Stenddə ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, iştirakçı şirkətlər barədə təşviqat material və videoçarxları təqdim edilir.

Qeyd edək ki, 1994-cü ildən keçirilən “ProWein” sərgisi şərab və spirtli içkilər sahəsində dünyanın aparıcı beynəlxalq platformalarından biridir. 15-17 mart tarixlərində keçirilən builki sərgi 60-dan çox ölkədən təxminən 4 min iştirakçını bir araya gətirib.

Azərbaycan sərgidə dördüncü dəfə iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031