azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Çinin ölkəmizdəki səfiri ilə görüşüb

16-03-2026

Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra əlaqələrimizin daha da inkişaf edərək, özünün ən yüksək səviyyəsinə qalxdığı vurğulanıb.

Söhbət zamanı parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi qeyd olunub, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb. Həmçinin, münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində gələcək imkanlar nəzərdən keçirilib.

Görüşdə, həmçinin Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdikləri ifadə olunub, ölkələrimizin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031