azturkxeber.az
http://azturkxeber.az

Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək

16-03-2026

Almaniya Hörmüz boğazında ticarət gəmilərinin qorunması üzrə mümkün beynəlxalq missiyada iştirak etmək niyyətində deyil.

Azturkxeber.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful "ARD" telekanalına müsahibəsində bildirib.

"Biz tezliklə bu münaqişənin fəal iştirakçısı olacağıqmı? Xeyr", - XİN rəhbəri Qırmızı dənizdəki "Aspides" hərbi dəniz əməliyyatının Hörmüz boğazına qədər genişləndirilməsi ehtimalı haqqında sualı cavablandırarkən deyib.

O hesab edib ki, Hörmüz boğazında təhlükəsizliyi yalnız İranla danışıqlar yolu ilə təmin etmək mümkün olacaq.

"Böyük Britaniyanın Baş naziri Kir Starmer də analoji mövqedən çıxış edir", - "The Daily Telegraph" qəzeti iddia edib.

Nəşrin qeyd edib ki, Starmer ABŞ Prezidenti Donald Trampın xahişinə baxmayaraq, Hörmüz boğazında gəmiçiliyin bərpası üçün hərbi gəmilər göndərməkdən imtina edir.

Britaniya Baş nazirinin dəftərxanası bildirib ki, iki ölkənin liderləri Yaxın Şərqdəki cari vəziyyəti və dünya gəmiçiliyində fasilələrin aradan qaldırılması üçün Hörmüz boğazının fəaliyyətinin bərpasının əhəmiyyətini müzakirə ediblər.

Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CNN telekanalına müsahibəsində bildirib ki, Amerika administrasiyası digər ölkələrin Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin olunnmasında iştirakında təkid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031