azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu debüt

15-03-2026

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında etimadı doğruldublar.

Azturkxeber.az xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçun yarışın II liqasında mübarizə aparıb. 1-ci turda finaladək keçirdiyi 8 oyundan 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb. Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində olacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Super Luqaya vəsiqə qazanacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031