azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda yaşayış evlərini talayan şəxs saxlanılıb

15-03-2026

Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb. Naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031