azturkxeber.az
http://azturkxeber.az

Nəsimi rayonunda əməliyyatlar keçirilib -13 kq dan çox narkotik vasitə aşkarlandı

24-02-2026

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.

Azturkxeber.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728