azturkxeber.az
http://azturkxeber.az

Polis Nizami rayonunda əməliyyat keçirdi: 66 kq narkotik vasitə dövriyyədən çıxarıldı

30-10-2025

Azturkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata ğörə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.

Əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər - 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən, idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb, araşdırma aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən fasiləsiz mübarizə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031