"Azadlığa buraxılmış şəxslərin sosial adaptasiyası" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib





Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə təşkilatçılığı ilə "Azadlığa buraxılmış şəxslərin sosial adaptasiyası" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Cəza çəkməkdən azad edilmiş şəxslərin iştirak etdiyi tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının əməkdaşı Şəbnəm Hüseynova və Ombudsman aparatının əməkdaşı Babək Hacıyev çıxış edərək Azərbaycan Respublikasında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və onlara yardım göstərilməsi barədə ətraflı məlumat veriblər.
Ombudsmanın əməkdaşı Həsən Həsənov “Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri”, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Əbülfəz Nəcəfov isə “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər” mövzusunda çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: