Paytaxt və regionlarda qanunsuz odlu silahlar aşkar edilib

Qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə,, fevralın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında həyata keçirdikləri tədbirlər nəticəsində 2 avtomat silah, 1 tapança, 13 tüfəng, 3 patron darağı və 68 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: