azturkxeber.az
http://azturkxeber.az

Cəlilabadda 1 nəfərin bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayət işi başlanıb, saxlanılan var

16-02-2026

Cəlilabadda 1 nəfərin bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayət işi başlanıb, saxlanılan var

Fevralın 16-da Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728