Suraxanıda qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb
İyulun 26-da saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində 1996-cı il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək N.Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.