azturkxeber.az
http://azturkxeber.az

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

16-02-2026


Baku Media Center-in rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən təşkil olunan “Qaranlıqdan sonra” adlı xüsusi tədbirdə iştirak edib.

Azturkxeber.az verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib.

Tədbirin əsas məqsədi Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində yaşayan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, onların özünəinamının artırılması və cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.

Proqram çərçivəsində əvvəlcədən istifadə olunmuş saplardan və digər materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Bu əsərlər ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı düşüncəsini əks etdirib.

Daha sonra reabilitasiya prosesi keçən uşaqlar Azərbaycan filmlərindən səhnəciklər təqdim edib, həmçinin rəqs kompozisiyaları ilə çıxış ediblər.

Bədii hissədə Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afəq Bəşirqızı, Əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin sonunda “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Çünki bütün uşaqlar bizimdir” himni səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728