azturkxeber.az
http://azturkxeber.az

Masallıda qanvermə aksiyası təşkil olunub

14-02-2026

“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Masallı rayonunda qanvermə aksiyası təşkil olunub.

Qanvermə aksiyası Masallı Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və Masallı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Qana ehtiyacı olan insanlara dəstək aksiyasında müəssisə və təşkilatların əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon sakinləri fəal iştirak ediblər. Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb.

Aksiya çərçivəsində toplanan qan talassemiya xəstələrinin müalicəsi məqsədilə təmənnasız istifadə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728