azturkxeber.az
http://azturkxeber.az

Nazirliyin nümayəndələri uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda iştirak ediblər

13-02-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda (Mərakeş) iştirak ediblər.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə keçirilən Konfrans uşaq əməyinin bütün formalarının aradan qaldırılması istiqamətində səylərin sürətləndirilməsi məqsədilə hökumət nümayəndələrini, işəgötürən və işçi təşkilatlarını, habelə beynəlxalq tərəfdaşları bir araya gətirib.

Tədbir çərçivəsində aparılan müzakirələr zamanı Nazirliyin nümayəndələri uşaq əməyinin qarşısının alınmasına yönəlmiş hüquqi çərçivənin gücləndirilməsi, əmək müfəttişliyi mexanizmlərinin təkmilləşdirilməsi və sosial müdafiə tədbirlərinin genişləndirilməsi sahəsində ölkəmizdə aparılan işlər barədə məlumat veriblər.

Əmək münasibətlərində bərabər imkanların təşviqi və uşaqların hüquqlarının əlaqələndirilmiş dövlət siyasəti vasitəsilə qorunması istiqamətində milli təcrübəmiz diqqətə çatdırılıb. Həmçinin uşaqların hüquqlarının səmərəli müdafiəsi və hamı üçün layiqli əməyin təşviqi sahəsində BƏT və digər mötəbər beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığın davam etdirildiyi bildirilib.

Qlobal çağırışların müzakirə edildiyi konfransda uşaq əməyinin aradan qaldırılması sahəsində qabaqcıl təcrübələrin mübadiləsi aparılıb. BƏT-in “İşə qəbul üçün minimum yaş” və “Uşaq əməyinin ən pis formaları haqqında” fundamental Konvensiyaları da daxil olmaqla beynəlxalq əmək standartları üzrə öhdəliklər bir daha vurğulanıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olaraq inklüziv siyasətlərin, keyfiyyətli təhsilə çıxışın və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728