azturkxeber.az
http://azturkxeber.az

Təhlükəli statistika: ADY-da 2025-ci ildə 123 təcili tormozlama və 79 toqquşma qeydə alınıb

12-02-2026

ADY kənar müdaxilələrin hərəkətin təhlükəsizliyinə təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə aparır və infrastrukturda yenilənmələr həyata keçirir. Buna baxmayaraq, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas amillərdən biri olaraq qalır.

Azturkxeber.az xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci ildə diqqətsizlik, tələskənlik və mövcud qaydalara laqeydlik nəticəsində:

Maşinistlər yola qəfil çıxan insanlara görə 123 dəfə təcili tormozlama ediblər;

18 dəfə toqquşma qaçılmaz olub;

Nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma qeydə alınıb.

Bu hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyana və sərnişinlərin ciddi təhlükəsizlik risklərinə səbəb olur.

ADY bir daha vətəndaşları dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, istisnasız qaydada dəmir yolu keçidlərindən istifadə etməyə və qaydalara riayət etməyə çağırır.

Dəmir yolunu keçərkən, yüz ölçün, bir keçin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728