ADY təhlükəsizlik qaydalarına əməl etməyə çağırır

Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən həyata keçirilən davamlı maarifləndirmə tədbirlərinə və infrastrukturun təkmilləşdirilməsinə baxmayaraq, kənar şəxslərin dəmir yolu xətlərinə icazəsiz daxil olması halları hələ də müşahidə olunur.
Azturkxeber.az xəbər verir ki, bu barədə ADY mətbuat xidmətindən verilən məlumata görə, 2026-cı ilin birinci rübü ərzində məhz kənar müdaxilələr səbəbindən maşinistlər 43 dəfə təcili tormozlama etmək məcburiyyətində qalıb. Nəticədə 4 toqquşma hadisəsi qeydə alınıb.
Bu cür hallar insan tələfatına və xəsarətlərə, qatarların hərəkət qrafikində gecikmələrə, dövlət əmlakına ziyan dəyməsinə və sərnişinlərin təhlükəsizliyinin ciddi risk altına düşməsinə səbəb olur.
ADY vətəndaşları dəmir yolu xətlərini keçərkən son dərəcə diqqətli olmağa çağırır. Xüsusilə, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etmək, təhlükəsizlik qaydalarına riayət etmək və diqqəti itirməmək həyati əhəmiyyət daşıyır.
ADY bir daha vətəndaşları qaydalara əməl etməyə, diqqətli olmağa və dəmir yollarında təhlükəsizlik tələblərini daim gözləməyə çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: