ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

ADY artan sərnişin tələbatını nəzərə alaraq 15 fevral tarixində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Əlavə reyslər üzrə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və ya “ADY Mobile” mobil tətbiqindən əldə etmək mümkündür.
Qeyd edək ki, sözügedən istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar reysləri həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: