2025-ci ildə nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) yüksək nəşr göstəricilərinə görə Azərbaycan Milli Elmlər Akademiyası üzrə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli birinci olub.
Azturkxeber.az-a verilən məlumata görə, fevralın 2-də AMEA-da keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 1-ci yerin diplomunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişliyə təqdim edib.
Tədbirdə həmçinin ikinci və üçüncü yerlər üzrə diplomlar, eləcə də beynəlxalq indeksli xarici jurnallarda məqalələri nəşr olunan gənc alimlər də diplomlarla təltif olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.