azturkxeber.az
http://azturkxeber.az

Fevralın 3-də Baş prokuror İmişlidə vətəndaşları qəbul edəcək

27-01-2026

Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 3-də, saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad, Cəbrayıl və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031