azturkxeber.az
http://azturkxeber.az

Polis soyğunçuluq və taksi sürücüsü adı altında narkokuryerlik edən şəxsləri saxladı

24-11-2025

Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Belə ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Faniz Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. B.Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və çoxsaylı bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930