azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

24-11-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub və Qərb regional mərkəzləri tərəfindən Lənkəranda “Uşaqların əmək hüquqları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması” və Gəncədə “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzularında hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə uşaq hüquqlarının müdafiəsi, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan normativ-hüquqi aktların müddəaları, müvafiq sahələrdə ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.

İştirakçılar, eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycanın Ombudsmanının həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumatlandırılıb.

Tədbirlərdə, həmçinin mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930