azturkxeber.az
http://azturkxeber.az

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Şərur rayonundan olan bir sıra şəhid ailələri ziyarət edib

24-11-2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Şərur rayonundan olan, 1990-cı ildə şəhid olmuş mülki şəxs Məmməd Məmmədovun, 2000-ci ildə Ordubad rayonunda şəhid olmuş Asəf Haqverdiyevin və 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn leytenant Məmməd Zamanlının ailələrini ziyarət edib.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Məmməd Zamanlı “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930