azturkxeber.az
http://azturkxeber.az

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirib

23-11-2025

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Dəmiryol nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

Təlimə FHN-in Gəncə Regional Mərkəzinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat hadisələri zamanı qəzaya uğramış qatarlardan və avtonəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi ilə bağlı xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı “deformasiyaya uğramış” nəqliyyat vasitəsindən “zərərçəkmişləri” təxliyə edərək, onlara “təxirəsalınmaz ilkin yardım” göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930