azturkxeber.az
http://azturkxeber.az

Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025

Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

Sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən mübarizə davam etdirilir.

DİN-in mətbut xidmətindən verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər.

“Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Qeyd edilən qanunsuz mərc və qumar oyunları saytlarından istifadə edən digər şəxslərin də aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930