azturkxeber.az
http://azturkxeber.az

Kiberpolis qanunsuz qumar oyunlarını sosial şəbkələrdə reklam edən şəxslərə qarşı tədbir keçirdi

07-11-2025

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin

əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.

Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib

Araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib. Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.

Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930