azturkxeber.az
http://azturkxeber.az

Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi-maarifləndirmə tədbirləri davam etdirilir

19-11-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində və Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayev adına şəhər 2 nömrəli tam orta məktəbdə hüquqi-maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Regional Mərkəzin rəhbəri Ziya İsmayılov çıxış edərək, ölkəmizdə uşaqların hüquq və azadlıqlarının təmini istiqamətində görülən tədbirlər, Azərbaycan Ombudsmanının bu sahədə həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verilib.

Həmçinin iştirakçılar uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar və müvafiq beynəlxalq sənədlər barədə məlumatlandırılıb, mövzu üzrə onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930