Gürcüstanda dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində Azərbaycanın payı 1,7 faiz artıb
Cari ilinn üçüncü rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmində Azərbaycanın payı 1,7 faiz artıb.
Bu barədə Gürcüstan Milli Statistika xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 32 faizi Azərbaycandan, 29,1 faizi isə Rusiyadan göndərilib. Rüblük müqayisədə Azərbaycanın payı 1,7 faiz artıb.
Ümumiyyətlə isə bu ilin III rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi illik müqayisədə 1,4 faiz azalaraq 3,5 milyon ton təşkil edib. Hesabat dövründə daşınan yüklərin 9,5 faizi ölkədaxili, 32,4 faizi beynəlxalq, 58,1 faizi isə tranzit daşımaları olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: