azturkxeber.az
http://azturkxeber.az

Bakıda yataqxana binasında yanğın olub (video)

19-11-2025

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 18kv.m olan bir otağın və eyvanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından mühafizə edilib.

Xilasedicilər tərəfindən hadisə zamanı 3 nəfər bina sakini təxliyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930